525.Az

Bakıda sərnişin avtobuslarının yeri dəqiq göstəriləcək


 

Bakıda sərnişin avtobuslarının yeri dəqiq göstəriləcək<b style="color:red"></b> Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi dayanacaqlardakı monitorlarda yayımlanan
məlumatın təsvirində dəyişiklik edilməsi barədə məlumat yayıb.


Mərkəzdən Lent.az-a daxil olan məlumatda bildirilir ki, avtobusların dayanacağa çatma vaxtı qrafik şəkildə əks olunur:
 
“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən avtobus terminallarında yayımlanan məlumatların daha dəqiq və izahlı şəkildə istifadəçilərə çatdırmaq məqsədi ilə avtobusların dayanacağa çatma vaxtı (avtobusun cari dayanacaqdan əvvəlki iki
dayanacağa çatma vaxtı) əvəzinə onun iki dayanacaq əvvəlki yeri haqqında məlumat təqdim olunur. Avtobus uzaqda olduqda onun cari dayanacağa çatma vaxtı dəqiqələrlə göstərilir. Durduğunuz yerə gözlənilən avtobusun çatmasına iki dayanacaq qalanda isə dəqiqələr qrafik təsvirlə əvəz olunur. Təqdim olunan məlumatda qırmızı dairə ilə istifadəçinin durduğu dayanacaq, sarı kvadratlarla isə öncəki 2 dayanacaq təsvir olunur. Yaşıl dairəyə alınmış avtobus nişanı xətdə olan və dayanacağa yaxınlaşacaq avtobusu əks etdirir. Həmin avtobus nişanı real avtobusun hazırda yerləşdiyi nöqtəyə əsasən qrafikdə qeyd olunur və onun yeri avotbusun hərəkətinə uyğun olaraq dəyişir.
 
Bundan əlavə, terminalın "Avtobus" bölməsində göstərilən marşrutlar üzrə hərəkət edən
avtobusların müvafiq olaraq cari vaxtda hansı dayanacaqlara yaxın olduqları da qeyd olunur. Həmçinin, monitorun yuxarı sağ tərəfində seçilmiş marşrutun iş saatları və marşrut xəttinin uzunluğu göstərilir. Bu dəyişiklik bütün dayanacaqlarda tətbiq olunub və bununla bağlı təkmilləşdirmə işləri davam etdirilir.
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən tikintisinə başlanıb və
2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında
nəqliyyatın hərəkətinin tənzimlənməsi və vətəndaşları müvafiq məlumatla operativ şəkildə təmin edilməsidir”.
 





10.04.2013    çap et  çap et