525.Az

“Qarabağ”a 3 qol vuran futbolçu Çin klubunda


 

“Qarabağ”a 3 qol vuran futbolçu Çin klubunda<b style="color:red"></b>

“Fiorentina”nın futbolçusu Nikola Kaliniç karyerasını Çində davam etdirəcək.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Çinin "Tyanzin Teda” klubu xorvatiyalı hücumçunu transfer edir.
 
Klublar arasındakı razılığa əsasən, superliqa təmsilçisi  bu keçid üçün “Fiorentina”ya 45 milyon avro ödəyəcək.

Daha əvvəl isə Florensiya təmsilçisi Çinin II liqasında mübarizə aparan “Tyantszin Syuantsyan” klubunun 40 milyon avroluq təklifini rədd etmişdi.

Qeyd edək ki, bu mövsüm Kaliniç A seriyasında 18 oyunda 8 qol vurub və 1 qolun otürməsini edib. O, eyni zamanda Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a 5:1 hesabı ilə qalib gəldikləri matçda 1 qolun müəllifi olub.

Bundan başqa, Kaliniç hələ "Dnepr"də çıxış edəndə "Qarabağ"la Bakıdakı oyunda (1:2) dubla imza atıb.

 





06.01.2017    çap et  çap et