525.Az

FİFA alternativ mükafat təsis etdi


 

FİFA alternativ mükafat təsis etdi<b style="color:red"></b> FIFA öz versiyasına görə dünyanın ən yaxşı futbolçusuna verəcəyi mükafatı təqdim edib.
 
Apasport.az saytının məlumatına görə, mükafat “The Best” (“Ən yaxşı”) adlanır.
 
Məlumdur ki, bu ildən etibarən  “Balon D`Or” (“Qızıl top”) mükafatını yenidən “France Football” jurnalı təqdim edir. Jurnalın apardığı sorğuya əsasən, 2016-cı ilin ən yaxşı futbolçusu Kriştiano Ronaldo seçilib.
 
Ali futbol qurumu isə öz mükafatını yanvarın 9-da Sürixdə təşkil olunacaq mərasimdə təqdim edəcək. Mükafata iddialı 3 futbolçu var: Lionel Messi, Kriştiano Ronaldo və Antuan Qrizman.
 





07.01.2017    çap et  çap et