525.Az

Bakıda məşhur gecə klubu bağlandı (Video)


 

Bakıda məşhur gecə klubu bağlandı <b style="color:red">(Video)</b>

Bu gecə Bakıda Üzeyir Hacıbəyov küçəsində yerləşən “Mamounia” adlı klub bağlanıb.

Gün.Az-a Səbail rayonu 39-cu polis şöbəsindən verilən məlumata görə, buna səbəb klubda qeyri-qanuni olaraq qumar oyunları təşkil olunmasıdır.

Milli.Az-ın bildirdiyinə görə, ötən gecə orada gecə iki böyük əməliyyat keçirilib. Orada yerləşən qumarxanada  Bakı Şəhər Baş Polis İdarəsi, fahişəxanada isə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi tərəfindən keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.
 
Polis bölməsindən Gün.Az-a verilən məlumata əsasən, hal-hazırda bu məsələ ilə bağlı saxlanılan yoxdur.

Öz növbəsində klubun inzibatçıları orada qumarxana və fahişəxana təşkil olduğunu təkzib edirlər.

Qeyd edək ki, klubun "Facebook” sosial şəbəkəsində rəsmi səhifəsində sonuncu dəfə aprelin 4-də yenilənib. Hadisə yerində olan Gün.Az əməkdaşının verdiyi məlumata görə isə klubun binası uçurulmasa da, klubun adı oradan götürülüb və fəaliyyəti dayandırılıb.

Əməkdaşımızın sözlərinə görə, ərazi polis tərəfindən nəzarətə götürülüb.


 





10.04.2013    çap et  çap et