525.Az

İbrahimoviç: “Mən heyvan kimiyəm”


 

İbrahimoviç: “Mən heyvan kimiyəm”<b style="color:red"></b>

“Fiziki durumumdan razıyam. Məşqçim mənim üçün xüsusi əla proqram tərtib edib”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç klubun rəsmi saytına bildirib.

O deyib ki, məşqçisi onu fiziki tərəfdən Premyer Liqanın oyunlarına uyğunlaşdıra bilib: “Ümumiyyətlə, fiziki durumum yaxşıdır. Ona görə də belə uzun müddətə oynaya bilirəm. Mənim qeyri-adi bədənim var. Mən heyvan kimiyəm. Həmişə hərəkətdə ola və yaxşı görünə bilərəm”.

 





07.01.2017    çap et  çap et