525.Az

FİFA sabah tarixi qərarı açıqlayır


 

FİFA sabah tarixi qərarı açıqlayır <b style="color:red"></b>

2026-cı ildən başlayaraq futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edəcək komandaların sayının 32-dən 48-ə yüksəldiləcəyi dəqiqləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bununla bağlı FİFA sabah rəsmən qərar verəcək.

Dünya çempionatının yeni formatı isə martda müəyyən ediləcək. Yeni formatda hərəsində 3 komanda olmaqla 16 qrupun təşkil ediləcəyi bildilir. Hər qrupda iki komandanın növbəti mərhələyə çıxacağı gözlənilir.

Qeyd edək ki, yeni qərardan sonra DÇ-də Avropadan 16 yığmanın iştirak edəcək.

 





09.01.2017    çap et  çap et