525.Az

Maliyyə Nazirliyi QHT-lərə və siyasi partiyalara xəbərdarlıq etdi


 

Maliyyə Nazirliyi QHT-lərə və siyasi partiyalara xəbərdarlıq etdi<b style="color:red"></b>

Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına və siyasi partiyalara xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə və “Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir.
 
“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən qanunun 31.6-cı maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.
 
Qeyd edək ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulur.

 





10.04.2013    çap et  çap et