525.Az

İbrahimoviç məhkəmədə qalib gəldi


 

İbrahimoviç məhkəmədə qalib gəldi<b style="color:red"></b>

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç ölkənin yungül atletika üzrə yığmasının baş məşqçisi Ulf Karlssona qarşı qaldırdığı məhkəmə prosesini udub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, məhkəmə Karlssonu futbolçuya böhtan atmaqda təqsirləndirirərək onun aylıq gəlirinin 60 faizi məbləğində (2500 dollar) cərimələyib.

Qeyd edək ki, U.Karlsson mediada İbrahimoviçi “Yuventus”da oynadığı vaxtda (2004-2006-cı illərdə) dopinq qəbul etməkdə günahlandırıb.

 





09.01.2017    çap et  çap et