525.Az

Buenos-Ayresdə Messinin heykəli sındırıldı


 

Buenos-Ayresdə Messinin heykəli sındırıldı<b style="color:red"></b> Argentinanın paytaxtı Buenos-Ayresdə naməlum şəxslər məşhur futbolçu Lionel Messinin heykəlini sındırıblar.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, heykəlin yuxarı hissəsi kəsilib, postamentdə yalnız idmançının ayaqları qalıb.
 
Bildirilir ki, yerli hökumət artıq  heykəlin bərpası istiqamətində müvafiq işlərə başlayıb.
 
Qeyd edək ki, 2014-cü ildə vandallar Argentinanın paytaxtında Lionel Messi, Dieqo Maradona və Qabriel Batistutanın heykəllərini zədələmişdilər.
 





10.01.2017    çap et  çap et