525.Az

Səudiyyə Ərəbistanı 2,6 milyon zəvvarı qəbul etməyə hazırlaşır


 

Səudiyyə Ərəbistanı 2,6 milyon zəvvarı qəbul etməyə hazırlaşır<b style="color:red"></b> Səudiyyə Ərəbistanı hökuməti zəvvarların sayının artırılması üçün müvafiq tədbirlər görməyə hazırdır.
 
APA-nın Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin mədəniyyət və informasiya naziri Adil bin Zeyd at-Tarifi deyib.
 
O bildirib ki, bu il zəvvarların sayının 2,6 milyon çatacağı gözlənilir.
 
Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanda müqəddəs yerləri 1,8 milyon zəvvar ziyarət edib. Zəvvarların sayını Məkkədə əsas məscidin təmiri ilə bağlı aparılan işlərlə əlaqədar 5 il müddətində qüvvədə olan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra artırmaq mümkün olacaq.
 





10.01.2017    çap et  çap et