525.Az

İphone 5 MDB-də ilk dəfə Azərbaycanda


 

İphone 5 MDB-də ilk dəfə Azərbaycanda

Azərbaycan MDB məkanında yeni Apple iPhone 5 smartfonunun rəsmi satışlarını başlayan ilk ölkə olub.

525.az-a İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, yeni modelin Azərbaycanda ilk rəsmi satışları ümümdunya satışlarından cəmi iki gün sonra başlayıb. İlk 100 Apple iPhone 5 smartfonu Alma Store, World Telecom, Irshad Telecom, DNS, NLT, Computex və s. yüksək texnoloji avadanlıqları üzrə ixtisaslaşan şəbəkələr tərəfindən rəsmi satışlar başlanandan cəmi 15 dəqiqə ərzində satılıb.
 
Apple iPhone 5 smartfonunun Azərbaycanda rəsmi distribusiyası ilə məşğul olan “Caspian Mobile” şirkətinin nümayəndəsi İlyas Əhmədovun bildirdiyinə görə, yeni modelin yalnız nano sim-kartları ilə istismar olunduğunu nəzərə alaraq “Caspian Mobile” tərəfindən smartfonun satışları ilə məşğul olan ilk beş dilerə sim-kartı nano sim-karta şevirən qurğu hədiyyə olunub.

“Hazırda Azərbaycanda rəsmi satılmış bütün Apple iPhone 5 smartfonları heç bir texniki problemlə üzləşmədən istismar olunur. Artıq Azərbaycana rəsmi satışlar üçün təqdim olunmuş smartfon partiyası satılıb”, - deyə şirkət nümayəndəsi bildirib. 

 





28.09.2012    çap et  çap et