525.Az

Ermənistanda təşviş: Azərbaycan hərbçiləri mövqelərimizə yaxınlaşıblar


 

Ermənistanda təşviş: Azərbaycan hərbçiləri mövqelərimizə yaxınlaşıblar<b style="color:red"></b>

Bu gün Ermənistanın bəzi Kütləvi İnformasiya Vasitələri təxribat xarakterli məlumat yayıblar.
 
ANS PRESS-in news.am saytına istinadən verdiyi məlumata görə, Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bir qrup azərbaycanlı hərbçinin Tavuş vilayətindəki erməni mövqelərinə yaxınlaşdığını iddia edib. Ovannisyan erməni hərbçilərin atəş açdıqlarını bildirib.

Qeyd edək ki, Ermənistan tərəfi mütəmadi olaraq bu və ya buna bənzər xarakterli təxribati məlumatlar yayaraq diqqəti atəşkəsi pozmaları məqamından yayındırmağa çalışır.

Xatırladaq ki, elə bu gün Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Şıxsəfiyev Fərhad Şıxvəli oğlu ayağından güllə yarası alıb. Hazırda yaralı əsgər hospitala yerləşdirilib. T. Abdullayevin verdiyi məlumata görə, əsgərin vəziyyətinin normaldır. Fərhad Şıxsəfiyev Bakının Suraxanı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

 





11.04.2013    çap et  çap et