525.Az

Blogger Mehman Hüseynov 200 manat cərimələndi - Yenilənib


 

Blogger Mehman Hüseynov 200 manat cərimələndi - <b style="color:red">Yenilənib</b>

Blogger Mehman Hüseynov sərbəst buraxılıb.
 
Nəsimi Rayon Məhkəməsində blogger Mehman Hüseynovun işi üzrə məhkəmə keçirilib.

APA-nın xəbərinə görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynov 200 manat məbləğində cərimələnərək, sərbəst buraxılıb. Vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyiblər.
 
*** 12:28
 
Blogger Mehman Hüseynovun nədə ittiham olunduğu məlum olub.
 
APA-nın məlumatına görə, vəkil Elçin Sadıqov bildirib ki, M. Hüseynov hazırda Nəsimi rayon Məhkəməsindədir.
 
O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə ittiham olunur.

 





10.01.2017    çap et  çap et