525.Az

Qəndaharda terror aktı nəticəsində əyalət qubernatoru və BƏƏ səfiri yaralanıb


 

Qəndaharda terror aktı nəticəsində əyalət qubernatoru və BƏƏ səfiri yaralanıb<b style="color:red"></b> Əfqanıstanda son sutka ərzində ikinci terror aktı törədilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terror aktı Qəndahar əyalətinin qubernatoru Qamayun Əzizinin qonaq evində, onun BƏƏ səfiri ilə görüşü zamanı baş verib.

Məlumata görə, partlayış nəticəsində hər iki siyasətçi yaralanıb.
 
Məlumata görə, terror aktı nəticəsində 4 ərəb cangüdən daxil olmaqla 9 nəfər ölüb, 16 nəfər yaralanıb.   
 
Qeyd edək ki, bundan əvvəl Kabildə parlament kompleksinin qarşısında iki partlayış törədilib. Terrorçu kamikadzenin və minalanmış avtomobilin partlaması nəticəsində 38 nəfər ölüb.
 





11.01.2017    çap et  çap et