525.Az

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəb psixoloqları üçün təlimlərə başladı


 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəb psixoloqları üçün təlimlərə başladı<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində "Məktəb psixoloqlarının peşəkar inkişafı" layihəsinə start verilib.

BŞTİ-nin mətbuat xidmətindən verilən məlumata görə, layihənin məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək və ailə-məktəb əməkdaşlığını intensivləşdirməkdən ibarətdir. Layihə çərçivəsində ilk olaraq ümumi təhsil məktəblərinə "Ehtiyacların müəyyən edilməsi" adlı sorğu göndərilib. Sorğuda 241 nəfər məktəb psixoloqu iştirak edib. Sorğunun nəticələri əsasında Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu tərəfindən məktəb psixoloqları müsahibədən keçirilib və nəticələr təhlil olunub.

Müsahibədə BŞTİ-nin tabeliyindəki 255 ümumi təhsil məktəbinin, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan 20 məktəb və liseyin, 1 internat və 1 məcburi köçkün məktəbinin psixoloqu iştirak edib. Müsahibədən keçən psixoloqlar üçün Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu və Humel Psixologiya Mərkəzi tərəfindən iki istiqamətdə təlim paketi hazırlanıb. Psixoloqların səviyyəsinə uyğun olaraq iki və beşgünlük təlimlər təşkil ediləcək.

Qeyd edək ki, ilk təlim Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə ümumi təhsil məktəblərinin bir qrup psixoloqlarının iştirakı ilə 8 nömrəli tam orta məktəbdə keçirilib. Təlimlərin fevral ayına qədər davam etməsi nəzərdə tutulub. 

S.QARAYEVA

 





11.01.2017    çap et  çap et