525.Az

Təhsil İdarəsi məktəbliyə qarşı törədilmiş hadisəyə aydınlıq gətirdi


 

Təhsil İdarəsi məktəbliyə qarşı törədilmiş hadisəyə aydınlıq gətirdi<b style="color:red"></b> Bakı Şəhər Təhsil İdarəsi məktəbliyə qarşı törədilmiş xuliqanlıq hadisəsinə aydınlıq gətirib.

İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Lent.az-a açıqlamasında bildirib ki, hadisə aprelin 9-da axşam saat 10 radələrində baş verib: “İlk öncə onu deyim ki, hadisə məktəbdə olmayıb. İnternet saytlarında bu cür xəbərlər həqiqəti əks etdirmir”. Sektor müdirinin sözlərinə görə, 61 saylı orta məktəbdə təhsil alan Bayar Ələkbərliyə naməlum şəxslər tərəfindən axşam saatlarında hücum edilib: “Məktəbli  evlərinin yanındakı keçiddə durubmuş. Tanımadığı iki şəxs ona qarşı xuliqanlıq edərək, mobil telefonunu əlindən alıblar”.
  
 Z. Əliqızı onu da bildirib ki, bu cür yanlış informasiyaların yayılması valideynlər arasında təşviş yarada bilər: “Nəzərə alın ki, həmin orta məktəbdə 1500 şagird təhsil alır. Məktəbə hücum olub kimi informasiyaların yayılması həmin şagirdlərin ailəsi üzvləri arasında təşvişə səbəb ola bilər”
  
Qeyd edək ki, polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Elşad Axundov və Qabil Əliyev tutulub. Məlum olub ki, hadisə vaxtı onlar məktəbliyə qarşı bıçaqla da hədə-qorxu gəliblər. Araşdırmalar davam etdirilir.
 





11.04.2013    çap et  çap et