525.Az

Trampın mətbuat konfransı kompomatla bağlı bəyanatlarla başladı


 

Trampın mətbuat konfransı kompomatla bağlı bəyanatlarla başladı<b style="color:red"></b> ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Nyu-Yorkda keçirdiyi mətbuat konfransı ona qarşı səsləndirilən kompromatdan başlayıb.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Trampın nümayəndəsi mətbuat konfransını açarkən KİV-də yer alan son məlumatların həqiqətə uyğun olmadığını bildirib.
 
Tramp “BuzzFeed” saytında yer alan anonim məruzəni cəfəngiyat adlandıraraq,  adıçəkilən xəbəri yaymayan KİV-lərə minnətdarlığını bildirib.
 
Qeyd edək ki, senator Con Makkeyn ötən ilin sonunda Trampla əlaqədar kompromat xarakterli məlumat alaraq Federal Təhqiqatlar Bürosunun rəhbərinə ötürdüyünü bildirib.
 





12.01.2017    çap et  çap et