525.Az

Azərbaycanın turizm imkanları Əl-Cəzirə telekanalında


 

Azərbaycanın turizm imkanları Əl-Cəzirə telekanalında <b style="color:red"></b>

Əl-Cəzirə telekanalı Azərbaycanla bağlı daha bir reportaj yayımlayıb.
 
Reportajda ölkəmizin turizm imkanları haqqında məlumat verilir. Bildirilir ki, Azərbaycan Şərq ilə Qərbin, Asiya və Avropa mədəniyyətlərinin qovuşduğu məkandır. Azərbaycan hökuməti ölkədə turizmin inkişafı məqsədilə hərtərəfli proqram həyata keçirir. Müəllif, həmçinin son illər Azərbaycana səfər edən ərəb turistlərin sayının artmasından söhbət açır.

Reportajda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin fikirlərinə yer verilir. Nazir ölkəmizdə ərəb ölkələri üçün xüsusi turizm təşviqat proqramlarının olduğunu bildirir. Qeyd edir ki, bu proqramlar təbiət gözəllikləri və müxtəlif mədəni, tarixi məkanlar ilə tanışlıq imkanı yaradır. Ərəb turistlər üçün meşələrə, çaylara, göllərə xüsusi turlar təşkil edilir.

Müəllif vurğulayır ki, özünəməxsus gözəl təbiətə, mülayim iqlimə malik Azərbaycanda gözəl tarixi və mədəni məkanlar var. İslam dünyası ilə xristian dünyasının qovuşma nöqtəsi adlandırılan Azərbaycan böyük turizm imkanlarına malikdir.

Reportajda ərəb turistlərin fikirlərinə də yer verilir. Onlar ölkələrinə məsafə baxımından yaxınlığına, ucuzluğun olmasına görə Azərbaycanı seçdiklərini deyirlər. Turistlər Azərbaycanda xidmətin yüksək səviyyədə olduğunu, gözəl təbiəti olan ölkənin inkişaf etdiyini, küçələrin təmiz olduğunu, ölkədə əmin-amanlığın hökm sürdüyünü söyləyirlər.

Müəllif qeyd edir ki, Azərbaycan turizmin təşviqi proqramlarının bəhrəsini görməyə başlayıb. Bu proqramların həyata keçirilməsi, xüsusilə viza verilməsi prosedurunun sadələşdirilməsi nəticəsində ölkəyə gələn turistlərin sayı artıb. Azərbaycan hökuməti turizmin inkişafı üçün bu sektora investisiyalar yatırılmasına ehtiyac olduğunu etiraf edir və investorları sərmayə yatırmağa dəvət edir. Bununla əlaqədar onlara güzəştlər təqdim edilir. Hökumət Azərbaycanı bütün ölkələrdən gələn turistlər uçun cəlbedici məkana çevirməyə çalışır.

Reportaja aşağıdakı link vasitəsilə ətraflı baxmaq mümkündür:

https://www.youtube.com/shared?ci=T9miOZYiV2U

 

 





12.01.2017    çap et  çap et