525.Az

Azərbaycanlılar Acun İlıcalıya sui-qəsd hazırlayıblar


 

Azərbaycanlılar Acun İlıcalıya sui-qəsd hazırlayıblar<b style="color:red"></b>

Türkiyədə polis “Əl-Qaidə” terror təşkilatına qarşı əməliyyat aparıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, əməliyyat Təkirdağda keçirilib.

Əməliyyat zamanı polisin müsadirə etdiyi kompüterlərdən maraqlı faktlar əldə edilib. Komputerlərdən şoumen, aparıcı Acun Ilıcalı da daxil olmaqla bir sıra tanınmış adamlar haqqında məlumatlar çıxıb. Terror təşkilatı üzvlərinin kompüterlərində şoumen haqqında kəşfiyyat xarakterli informasiyalar, ev və iş yeri ünvanı çıxıb.

Polis terror təşkilatı üzvlərinin ciddi miqdarda partlayıcı təmin etdiklərini və hədəf seçdikləri yerə bombalı hücum hazırladıqlarını öyrənib. Təkirdağ prokurorluğunda əməliyyatla bağlı soaxlanılan 12 nəfərdən ikisinin çeçen, ikisinin Azərbaycan əsilli, səkkizinin isə türk olduğu ortaya çıxıb.

 





11.04.2013    çap et  çap et