525.Az

Benzin bahalaşdı


 

Benzin bahalaşdı<b style="color:red"></b> Azərbaycana xaricdən idxal olunan "AI-95 Premium" markalı benzinin qiymətində artım baş verib.

Artıq bəzi yanacaqdoldurma məntəqələrində yeni qiymətlər tablolara vurulub.

"AI-95 Premium" markalı benzinin yeni qiyməti 1.05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN idi.

Qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi "AI-92" markalı benzinə hələ ki şamil edilməyib. "AI-92" markalı benzinqiyməti 70 qəpiyə qalmaqdadır. Onun qiymətini Tarif Şurası tənzimləyir.

"AI-95 Premium" markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.
 





13.01.2017    çap et  çap et