525.Az

İqtisadiyyat Nazirliyindən benzinin bahalaşması ilə bağlı açıqlama


 

<b style="color:red">İqtisadiyyat Nazirliyindən benzinin bahalaşması ilə bağlı açıqlama</b>

Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib.

Belə ki, ölkəyə xaricdən idxal edilən və qiyməti 0.95 AZN təşkil edən "Aİ-95" premium markalı benzinin hazırki qiyməti artıq 1,05 AZN-dir.

Qiymət artımının Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi "AI-92" markalı benzinə hələ ki şamil ediləcəyi istisna edilmir.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib ki, bu məsələ gündəmdə deyil:

“Xaricdən idxal olunan məhsulların qiymətinin tənzimlənməsi Tarif Şurasına aid olmadığı üçün "AI-95 Premium" markalı benzin qiyməti də qurum tərəfindən tənzimlənmir.

"AI-92" markalı benzinin qiymətinin dəyişdirilməsilə bağlı isə Tarif Şurasına müraciət daxil olmayıb. Hazırda bununla bağlı hər hansı məsələ müzakirə olunmur”.

Qeyd edək ki, hazırda "Aİ-92" markalı benzinin qiyməti 0.70 AZN-dir.

Modern.az

 





13.01.2017    çap et  çap et