525.Az

"Ana ölümü əmsalı 24-dən 22-yə enib"


 

"Ana ölümü əmsalı 24-dən 22-yə enib"<b style="color:red"></b> "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı"na uyğun həyata keçirilən tədbirlər sayəsində ana və uşaq sağlamlığını xarakterizə edən göstəricilər müsbət istiqamətdə dəyişib".

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, əgər 2014-cu ildə körpə ölümü göstəricisi 10,2 promille idisə, 2016-cı ildə bu rəqəm beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla 11,2 promille təşkil edib.

Ana ölümü əmsalı isə 2015-ci ildə 24 olduğu halda, bu il 22-yə enib.
 
Qeyd olunub ki, 2015-ci il yanvarın 1-dən ölkədə diridoğulmanın beynəlxalq meyarlarının tətbiqinə başlanılıb, 1000 qramdan az çəki ilə doğulmuş 295 yenidoğulmuşdan 135-ni xilas etmək mümkün olub.
 





13.01.2017    çap et  çap et