525.Az

Nazirlikdən separatçı rejimin “KVN” festivalında iştirakına etiraz


 

Nazirlikdən separatçı rejimin “KVN” festivalında iştirakına etiraz<b style="color:red"></b> Mədəniyyət və Turizm Nazirliyi yanvarın 10-da Soçidə start götürən "KiViN-2017" adlı Şən və Hazırcavablar Klubu (KVN) beynəlxalq festivalında işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimi təmsil edən komandanın iştirakına münasibət bildirib.
 
Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov APA-ya bildirib ki, bu fakt ermənilərin təxribatçı əməllərini davam etdirdiyini göstərir:

“Ümumiyyətlə, bu günə qədər keçirilən bütün beynəlxalq tədbirlərdə - yarışlarda, sərgilərdə olduğu kimi onlar yenə də yenə öz təxribatçı əməllərini davam etdirirlər. Bu komandanın festivala dəvət olunması və orada iştirakı Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir.
 
Tədbir təşkilatçıları bunları nəzərə almalı və həmin komandanın iştirakını dayandırmalıdır. Çünki Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazi  sərhədləri daxilində belə bir qrupun festivalda iştirakı yolverilməz və qəbuledilməzdir. Qondarma rejimin nümayəndələri bu kimi əməllərini bütün beynəlxalq tədbirlərdə göstəriblər. Kitab, turizm sərgilərində təxribatlara yol verməyə, öz stendlərini təqdim etməyə çalışırlar. Lakin ölkəmizin müvafiq qurumlarının səyləri ilə  bu təxribatların qarşısı alınıb. Xain düşmənlərimiz tarixən bizim mətbəximizi, musiqimizi, abidələrimizi  mənimsəməyə, oğurlamağa, özününküləşdirməyə çalışıblar. Həmin komandanın yarışmada iştirakı da bunun tərkib hissələrindən biridir və biz bunu qətiyyətlə pisləyirik”.
 





13.01.2017    çap et  çap et