525.Az

“Xaricdə tədris olunan Azərbaycan multikulturalizmi fənninin nəticələrini görürük”


 

“Xaricdə tədris olunan Azərbaycan multikulturalizmi fənninin nəticələrini görürük”<b style="color:red"></b> "Xarici ölkələrin universitetlərində tədris olunan Azərbaycan multikulturalizmi fənninin çox böyük nəticələrini görürük. Bu fənni öyrənən gənclər öz ölkələrində Azərbaycan haqqındakı ədalətsizliklərə cavab verməyə hazır olan qüvvələrdir".
 
APA-nın məlumatına görə, bunu millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla deyib.
 
Dövlət müşaviri bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 15 xarici ölkədə, 36 universitetdə “Azərbaycan multikulturalizmi” adlı fənnin tədrisini həyata keçirib:
 
"Son yay məktəbində xarici universitet gəncləri Azərbaycanın gənc dostları klubunu yaratdılar. Bu rəsmi klubun artıq 200-ə yaxın üzvü var.
 
Ən vacibi odur ki, Azərbaycana qarşı hər hansı ədalətsiz hücum olursa, Azərbaycanı ürəkdən sevən bu gənclər haqsızlığa cavab verirlər. Azərbaycan prezidentinin göstərdiyi konkret siyasi-ideoloji hədəfin çox vacib bir nəticəsi də budur”.
 





13.01.2017    çap et  çap et