525.Az

Quba və Qusara 15 santımetrədək qar yağıb


 

Quba və Qusara 15 santımetrədək qar yağıb<b style="color:red"></b>

Dekabrın 13-dən başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti dəyişib və qar yağmağa başlayıb.

AzərTAc xəbər verir ki, Quba və Qusarın dağlıq ərazilərinə qarın hündürlüyü 15 santımetrə çatıb. Havanın temperaturu mənfi 2-10 dərəcə arasında dəyişir.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, ən çox yağıntı Qusarın Ləzə kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 17 santimetrə çatır. Xızının Altıağac qəsəbəsinə 10, Qubanın Xınalıq kəndinə 4, Qusar ərazisinə isə 5 santimetr qar yağıb.

 





14.01.2017    çap et  çap et