525.Az

Kamran və Emin “Benfika”ya qarşı


 

Kamran və Emin “Benfika”ya qarşı<b style="color:red"></b>

Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxıç etdiyi “Boavişta” bu gün Portuqaliya çempionatında növbəti oyuna çıxacaq.

Qol.az-ın xəbərinə görə, Portu təmsilçisi 17-ci turda Lissabonda lider “Benfika”nın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

Qeyd edək ki, 16 oyundan 41 xalı olan “Benfika” 1-ci, 20 xal toplayan “Boavişta” isə 10-ci yeri tutur.

 





14.01.2017    çap et  çap et