525.Az

Qvardiola Messinin transferi haqda nə dedi?


 

Qvardiola Messinin transferi haqda nə dedi?<b style="color:red"></b>

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Lionel Messinin komandasına mümkün transferi ilə bağlı suala cavab verməkdən imtina edib.

Qol.az-ın xəbərinə görə, “Sky Sports”un bununla bağlı sualına Qvardiolanın cavabı belə olub: “Mən 3 dəfə bu mövzuda danışmışam. Ona görə bu haqda sualları daha cavablandırmayacam”.

Qeyd edək ki, bundan öncə Qvardiola Messinin “Barselona”da qalacağını söyləyib.

 





14.01.2017    çap et  çap et