525.Az

Ölümə dağ çəkən dağ boyda Rəhim kişi


 

Ölümə dağ çəkən dağ boyda Rəhim kişi <b style="color:red"></b>

(Rəhim Mirzəyevin əziz xatirəsinə)...

93-ün yayında
yurdu yağmalanan Rəhim kişi
o qaçaqaç, qovhaqovda
kənddən sonuncu çıxmışdı,
ölümüylə birinci dönənlərdən oldu
kəndə
Umud-umud oğulların çiynində...
- Kənd düşmən tapdağında,
yurd ki, öz yerindədir, -
demişdi Rəhim kişi
Bu da Allahın rəhmidi,
bu da Allahın işidi,
Umudum Rəhimoğlu,
Rəhimin Umud oğlu
Torpaq işğal olsa da,
ölüm işğal olunmaz”.
-Üzümü torpağa qoyanda
qapıdan götür məni -”,
Ölümə də dağ çəkdi
dağ boyda Rəhim kişi...
Ölümüylə ölümə sirr olan Rəhim kişi...
Qəbri yurd yerində
pir olan Rəhim kişi!

07.01.2017

Əlisəmid KÜR

 





14.01.2017    çap et  çap et