525.Az

Bahar gəlir - (şeir)


 

Bahar gəlir - <b style="color:red">(şeir)</b>

Dağlar bəyaz, bağlar bəyaz,
Pəncərəmdə şaxta, ayaz.
Ürəyimdə qan qaynayır.
Könlüm deyir şeirini yaz,
Bundan sonra bahar gəlir.

Dağda-daşda qar təpiyir.
Buz əriyir, su yeriyir.
Bir yaşıl ot cücəribdi
Qışı-qarı nə hərləyir...
Bundan sonra bahar gəlir.
Göy itirir, yer qazanır,
Qar altda torpaq qızınır.
Yoldur belə keçib gedir,
Payızda, qışda uzanır...
Bundan sonra bahar gəlir.

Ağacdələn ağac dəlir,
Su üzündə buz kövrəlir.
Bir sərçənin də səsindən,
Ürəyimdə söz kövrəlir,
Bundan sonra bahar gəlir.

Qulaq asın qəlbinizə
Çıxın çölə, yola, düzə,
Özünüzdən xəbərsizsiz
Nur yağıb üz-gözünüzə
Bundan sonra bahar gəlir.

10.01.2017

Dünyanın yeni mərəzi

Bu bir bəlasıdır dövranın - vaxtın.
Namərdlər o qədər artıb dünyada,
Güzgüdə özümə şübhəylə baxdım.

11.01.2017

 





14.01.2017    çap et  çap et