525.Az

Niyazinin mənzil muzeyində İsfar Sarabski ilə görüş


 

Niyazinin mənzil muzeyində İsfar Sarabski ilə görüş<b style="color:red"></b>

Yanvarın 12-də Niyazinin mənzil muzeyində tanınmış pianoçu, bəstəkar, Əməkdar artist İsfar Sarabski ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyət Dövlət Muzeyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə əvvəlcə qonaqlar gənc pianoçunun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Sonra bəstəkar haqqında hazırlanmış videoçarx nümayiş edilib.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyət Dövlət Muzeyinin direktoru Alla Bayramova çıxış edərək gənc bəstəkarın yaradıcılığından söz açıb.

Vurğulanıb ki, İ.Sarabski ölkəmizi bir sıra xarici dövlətlərdə reallaşan konsert proqramlarında layiqincə təmsil etməklə yanaşı, çoxsaylı nailiyyətlərə imza atıb, bir neçə mükafatlar qazanıb. Gənc bəstəkarın hər zaman öz üzərində işlədiyini deyən A.Bayramova, ona gələcək yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.

Konsert proqramı ilə davam edən tədbirdə İsfar Sarabskinin ifasında rəngarəng musiqi nömrələri təqdim olunub.

 





14.01.2017    çap et  çap et