525.Az

Emil Əfrasiyab Parisdə çıxış edəcək


 

Emil Əfrasiyab Parisdə çıxış edəcək<b style="color:red"></b>

Yanvarın 24-də Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Əməkdar artist, pianoçu və bəstəkar Emil Əfrasiyabın caz konserti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Emil Əfrasiyab özü yayıb.

Konsert Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş assambleyası çərçivəsində reallaşacaq.

E.Əfrasiyab Azərbaycanın yeni nəsildən olan aparıcı caz ifaçılarındandır. Onun yaradıcılığında Azərbaycan muğamı ilə cazın sintezi üstünlük təşkil edir.

Əsərlərində klassik musiqidə rast gəlinən harmoniya və ritmlər xüsusi yer tutur.

 





14.01.2017    çap et  çap et