525.Az

Bakıda Rusiya Mətbuatı Günü


 

Bakıda Rusiya Mətbuatı Günü <b style="color:red"></b>

Yanvarın 12-də Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Rusiya Mətbuatı Günü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan informasiya agentliklərini, mətbu nəşrləri və elektron KİV-ləri təmsil edən jurnalistlər, habelə onların Azərbaycanda akkreditə edilmiş rusiyalı həmkarları iştirak ediblər.

“Rossostrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov qonaqları salamlayıb. O, 2016-cı ildə RİMM-in işinin peşəkar və obyektiv işıqlandırılmasına görə Azərbaycan və Rusiya jurnalistlərinə səmimi təşəkkür edib və bir qrup jurnalistə “Rossostrudniçestvo”nun Fəxri Fərmanını təqdim edib.

Rusiyanın Azərbaycandakı səfirliyinin müşavir-elçisi Oleq Muraşov da jurnalistlərə təşəkkür edib və “Rusiya-Azərbaycan əməkdaşlığının işıqlandırılmasına və dəstəklənməsinə yaradıcı töhfəyə görə” onlara Rusiya səfirliyinin diplomlarını təqdim edib.

Valentin Denisov Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynovun görüş iştirakçılarına göndərdiyi təbrik məktubunu oxuyub.

Sonra gənc ifaçıların iştirakı ilə bayram konserti olub.

 





14.01.2017    çap et  çap et