525.Az

Azərbaycan beynəlxalq seminarda təmsil olunacaq


 

Azərbaycan beynəlxalq seminarda təmsil olunacaq<b style="color:red"></b>

Yanvarın 15-də Türkiyənin Adana şəhərində birinci Beynəlxalq Türk Dünyası Sənət Seminarı keçiriləcək.

AZƏRTAC Anadolu agentliyinə istinadla məlumat verir ki, Adana Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə reallaşacaq beynəlxalq seminara 17 ölkədən 77-dək sənətçi qatılacaq.

Azərbaycanın da təmsil olunacağı seminarın təşkilində əsas məqsəd dövlətlər arasında mədəni əlaqələrin inkişafına dəstək olmaq, bu sahədə qarşılıqlı əməkdaşlığa töhfə verməkdən ibarətdir.

Seminar çərçivəsində iştirakçılar Türkiyənin bir sıra tarixi yerlərini ziyarət edəcəklər.

 





14.01.2017    çap et  çap et