525.Az

Həftənin ilk iş günü hava necə olacaq?


 

Həftənin ilk iş günü hava necə olacaq? <b style="color:red"></b> Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Cənub-şərq küləyi  əsəcək. 

Havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz  7-9° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  75-85 %  təşkil edəcək.
 
Rayonlarda yanvarın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında isə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
 





15.01.2017    çap et  çap et