525.Az

Fransalı nazir Trampın arzusunu təxribat adlandırdı


 

Fransalı nazir Trampın arzusunu təxribat adlandırdı<b style="color:red"></b> Fransa xarici işlər naziri Jan-Mark Eyro ABŞ-ın seçilmiş prezidenti Donald Trampın ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək niyyətini təxribat adlandırıb.
 
APA-nın “France-3” telekanalına istinadən verdiyi məlumata görə, Fransa xarici işlər naziri hadisələrin bu cür inkişafının ən ağır nəticələrə gətirib çıxaracağını vurğulayıb.
 
Jan-Mark Eyro deyib ki, ABŞ bu məsələ ilk dəfə gündəmdə deyil: “Ancaq hələ heç bir ABŞ prezidenti bu və ya digər məqamda belə bəyanatlar vermələrinə baxmayaraq, bu barədə qərar qəbul etmək mərhələsinə getməyiblər”.
 





15.01.2017    çap et  çap et