525.Az

Azərbaycanda televiziya jurnalistlərinə hücum etdilər (VİDEO)


 

Azərbaycanda televiziya jurnalistlərinə hücum etdilər <b style="color:red">(VİDEO)</b>

Qubanın Qəçrəş yolu, Timiryazev ərazisində "Texno Atikan" şirkətinin əməkdaşları jurnalistlərə hücum çəkib.
 
“Qafqazinfo” xəbər verir ki, hücum jurnalistlər peşə vəzivəsini yerinə yetirərkən baş verib. Şirkət rəhbərliyi Qubanın Nügədi yolunun kənarında tikilən böyük su anbarında fəhlə işləyən, Amsar kənd sakini 45 yaşlı Cavid Nuxçanovun ölümü ilə əlaqədar xəbər hazırlayan Azad Azərbaycan Televiziyasının müxbiri Elçin Tağıyev, Xəzər Televiziyasının müxbiri Emin Kərimov və Kanal13 İnternet TV-nin müxbiri Binəli Tosoyevə hücum çəkib. Onların çəkilişlərinə mane olan iş adamları kameralarını jurnalistlərin əllərindən alıblar.

Xatırladaq ki, bu şirkət Qubada su-kanal xətlərinin çəkilişi üzrə işlər aparır.

 





11.04.2013    çap et  çap et