525.Az

Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırdı


 

Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırdı<b style="color:red"></b> ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırıb.
 
APA-nın xəbərinə görə, D.Tramp bu barədə Almaniyanın “Bild” və Böyük Britaniyanın “Times” qəzetlərinə verdiyi müsahibədə deyib.
 
“Dəfələrlə demişəm, NATO-da problemlər mövcuddur. NATO köhnəlmiş təşkilatdır. Eyni zamanda Alyansa üzv olan ölkələrin əksəriyyəti hərbi xərclərini artırmayaraq bütün yükü Amerikanın üzərinə qoyur”, deyə D.Tramp bildirib.
 
O, həmçinin Rusiya və ABŞ arasında nüvə silahlarının azaldılması üzrə yeni müqavilənin imzalanmasının tərəfdarı olduğunu vurğulayıb.
 





16.01.2017    çap et  çap et