525.Az

Tramp: “Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli nəticələrə səbəb olub”


 

Tramp: “Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli nəticələrə səbəb olub”<b style="color:red"></b> ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tpamp Rusiyanın Suriya münaqişəsinə müdaxilə etməsini mənfi qiymətləndirib.
 
APA-nın məlumatına görə, bu barədə o, Böyük Britaniyanın “The Times” və Almaniyanın “Bild” qəzetlərinə müsahibəsində deyib.
 
D. Tramp bildirib ki, Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli humanitar vəziyyətin yaranmasına səbəb olub: “Bu, çox pisdir. Dəhşətdir. Hələbdə dəhşətli humanitar durum yaranıb”. 
 
D. Tramp əlavə edib ki, ABŞ-ın Suriyada hansısa addım atmaq imkanı var idi, lakin artıq çox gecdir.
 





16.01.2017    çap et  çap et