525.Az

Qırğızıstan səfirliyində xatirə kitabı açılacaq


 

Qırğızıstan səfirliyində xatirə kitabı açılacaq<b style="color:red"></b> Yanvarın 17-də Qırğızıstanda matəm günü elan olunacaq.
 
Bu barədə APA-ya Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit  Buranov bildirib.
 
O, səfirlikdə dövlət bayrağının endirildiyini və yanvarın 17-də saat 10.00-dan 17-00-dək, yanvarın 18-də isə saat 10.00-dan saat 12.00-dək xatirə kitabının açılacağını söyləyib. 
 
Qeyd edək ki, Türk Hava Yollarına məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb, 7-si uşaq olmaqla, 11 nəfər yaralanıb.
 





16.01.2017    çap et  çap et