525.Az

DSX-nin yeni gəmisi döyüş fəaliyyətinə başlaması ilə əlaqədar Xəzərə endirildi


 

DSX-nin yeni gəmisi döyüş fəaliyyətinə başlaması ilə əlaqədar Xəzərə endirildi<b style="color:red"></b> Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan S 203 №-li  "Tufan" tipli sərhəd gözətçi gəmisi xidməti – döyüş fəaliyyətinə başlaması ilə əlaqədar Xəzər dənizinə endirilib.
 
Bu barədə APA-ya Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.
 
Qeyd edək ki, yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev gəmiyə baxış keçirib.
 





16.01.2017    çap et  çap et