525.Az

Tanınmış amerikalı jurnalist Azərbaycana gəlir


 

Tanınmış amerikalı jurnalist Azərbaycana gəlir<b style="color:red"></b>

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi aprelin 12-dən 15-dək aparıcı amerikalı idman jurnalisti Ceyn MakManusun Azərbaycana səfərini təşkil edir.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, xanım MakManus Amerikanın ESPN Televiziya Xəbərləri şəbəkəsinin aparıcı idman jurnalisti, Kolumbiya Universitetinin jurnalistika üzrə professoru, və peşəkar roller derby idmançısıdır. O, Bakı və Gəncə şəhərlərində peşəkar xanım atlet kimi öz təcrübəsini bölüşməklə,  idman jurnalistikası və Amerikanın qadın idmanı haqqında ictimai təqdimatlar keçirəcək.

Xanım MakManusun səfəri iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi məqsədini daşıyan və bu səbəbdən görkəmli amerikalıları Azərbaycana dəvət edən “Amerikalı Natiqlər Silsiləsi” proqramı çərçivəsində baş tutur. MakManusun bütün təqdimatları azad, ictimaiyyətə açıq və Azərbaycan dilində tərcümə ilə müşayiət edilir. ABŞ səfirliyi qadın idmanı və qadın idmanı jurnalistikasının təbliğində maraqlı olan bütün azərbaycanlıları təqdimatlarda iştiraka  dəvət edib.

 





12.04.2013    çap et  çap et