525.Az

İkicildlik "Azərbaycan ədəbiyyatı antologiyası" işıq üzü gördü


 

İkicildlik "Azərbaycan ədəbiyyatı antologiyası" işıq üzü gördü<b style="color:red"></b>

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – ikicildlik "Azərbaycan ədəbiyyatı antologiyası" (poeziya və nəsr) kitabı işıq üzü görüb.

Mərkəzdən 525.az-a verilən məlumata görə, ilk ədəbi nümunələri ilə Azərbaycan ədəbiyyatı tarixinin əsasını qoymuş Xaqani, Nizami Gəncəvi, Füzuli, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundzadə kimi klassiklərdən üzübəri yazıb-yaratmış tanınmış ədiblərin şeir və hekayələri, həyat və yaradıcılığı haqqında məlumatlar yer alan

irihəcmli, akademik nəşr elm, ədəbiyyat, incəsənət, təhsil və tədris sahəsi ilə yanaşı, geniş oxucu kütləsi üçün də nəzərdə tutulub.

Kitabın baş redaktoru Afaq Məsud, ön sözünün müəllifi Nizami Cəfərovdur.

Cavid QƏDİR

 





16.01.2017    çap et  çap et