525.Az

Göygöl Milli Parkının direktoruna töhmət: 2 əməkdaş işdən çıxarıldı


 

Göygöl Milli Parkının direktoruna töhmət: 2 əməkdaş işdən çıxarıldı<b style="color:red"></b> Göygöl Milli Parkının Maralgöl ərazisində bu il yanvarn 3-də müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yayılan görüntüləri dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən təhlil edilib və 7 nəfərdən ibarət qrup üzvlərinin şəxsiyyəti dəqiqləşdirilib.
 
ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qanun pozucuları barəsində akt və protokol tərtib olunaraq, İnzibati Xətalar Məcəlləsinə əsasən, onların hər biri 600 manat olmaqla ümumilikdə 4200 manat məbləğində cərimələnib. Göygöl Milli Parkının Maralgöl sahəsinin mühafizəsinə cavabdeh olan 2 əməkdaşı tutduğu vəzifədən azad edilib, Milli Parkın direktoruna isə töhmət verilib.
 
Qeyd edək ki, bir neçə gün əvvəl bir qrup şəxs Toğana kəndi istiqamətindən dolayı yollarla  atlar vasitəsi ilə qanunsuz olaraq Göygöl Milli Parkının ərazisinə daxil olub və Maralgöldə, icazə verilməyən yerdə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər.
 





16.01.2017    çap et  çap et