525.Az

“Trampın dedikləri NATO-nu narahat edir”


 

“Trampın dedikləri NATO-nu narahat edir”<b style="color:red"></b> “Trampın NATO-nu köhnəlmiş qurum adlandırması alyansı narahat edir”.
 
APA-nın “Spiegel” nəşrinə istinadən verdiyi məlumata görə, bunu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer NATO baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra bəyan edib.
 
O bildirib ki, Trampın fikirləri Brüsseldə narahatlıq və təəccüb doğurub. Nazirin fikrincə, ABŞ-ın yeni seçilmiş prezidentinin dedikləri başqa yerlərdə də eyni reaksiyaya səbəb olub.
 
NATO-nun özündə isə Trampın bu fikirlərini şərh etməyiblər.
 





16.01.2017    çap et  çap et