525.Az

Yaşar Aydəmirov: “Şəhidimizin qisası tezliklə alındı”


 

Yaşar Aydəmirov: “Şəhidimizin qisası tezliklə alındı”<b style="color:red"></b> “Bu gün erməni mətbuatı düşmən ordusunun daha 2 hərbi qulluqçusu – Qaqik Vardanyan və Araik Sarkisyanın ölüm xəbərini yayıb. Bu, bir daha sübut edir ki, Azərbaycan Ordusu cəbhə xəttində baş verənlərə tam nəzarət edir, əməliyyat və taktiki üstünlük tərəfimizdədir”.
 
Bunu APA-ya açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Onun fikrincə, müsbət cəhətlərdən biri də odur ki, görülən adekvat cavab tədbirləri nəticəsində şəhidimizin qisası tezliklə alınıb:

“Ermənilər qısa müddətdə cəzalandırıldı. Əminəm ki, bundan sonra da belə olacaq. Ermənilər anlamalıdırlar ki, təxribatlar törədərək cəbhədə vəziyyəti gərginləşdirdikcə onların mənasız itkilərinin sayı artacaq”.
 





16.01.2017    çap et  çap et