525.Az

Gürcüstan XİN rəhbəri Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul etdi


 

Gürcüstan XİN rəhbəri Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul etdi<b style="color:red"></b> Gürcüstan xarici işlər naziri Mixeil Canelidze Azərbaycanın yeni səfiri Dursun Həsənovu qəbul edib.
 
Azərbaycanın Tiflisdəki səfirliyindən APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, görüş zamanı D. Həsənov etimadnaməsinin surətini M. Canelidzeyə təqdim edib.
 
O, dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
 
M. Canelidze isə D. Həsənovu səfir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb və əlaqələrin inkişafı istiqamətində D. Həsənovun simasında tezliklə yeni-yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.
 
Görüşdə Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafı perspektivləri, enerji, nəqliyyat və turizm sahəsindəki layihələrin icrası və s. məsələlər müzakirə olunub. Tərəflər həmçinin regional layihələrin genişləndirilməsinin zəruriliyindən danışaraq, Gürcüstan, Türkiyə və Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
 





16.01.2017    çap et  çap et