525.Az

"Neftçi"nin "İnter"lə oyunu üçün biletlər satışda


 

"Neftçi"nin "İnter"lə oyunu üçün biletlər satışda

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "İnter" matçının biletləri bu gündən satışa çıxarılıb.

525.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri T.Bəhramov adına respublika stadionunun kassalarından və Park Bulvar alış-veriş mərkəzindən əldə etmək olar.

Kassalar hər gün saat 10:00-dan, 22:00-a kimi fəaliyyət göstərir. Bu gün saat 17:00-a olan məlumata görə biletlərin 1500 ədədi artıq satılıb.

Qeyd edək ki, biletlərin qiyməti 2-50 manat arası dəyişir.

 





28.09.2012    çap et  çap et