525.Az

Merkel Trampa cavab verdi


 

Merkel Trampa cavab verdi<b style="color:red"></b> Almaniya kansleri Angela Merkel ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Avropa İttifaqının parçalanmasına dair səsləndirdiyi fikrə münasibət bildirib.
 
APA-nın məlumatına görə, bu barədə “İnterfaks” xəbər verib.
 
“Fikrimcə, Avropanın taleyi avropalıların öz əlindədir. Əminəm ki, biz birgə olacağıq”, deyə A.Merkel bildirib.
 
O həmçinin Trampın onunla tanış olmadığı barədə sözlərini cavablandırıb:

“Mən ABŞ prezidentinin inauqurasiyasını gözləyirəm. Sözsüz ki, Donald Tramp səlahiyyətlərinin icrasına başlayan kimi biz ABŞ-ın yeni administrasiyası ilə bütün mümkün səviyyələrdə əməkdaşlıq edəcəyik”.
 
Qeyd edək ki, ötən gün ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini tənqid edib.
 





17.01.2017    çap et  çap et