525.Az

"Qəbələ" Albaniya klubuna uduzdu


 

"Qəbələ" Albaniya klubuna uduzdu<b style="color:red"></b>

Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən “Qəbələ”nin əvəzedicilərdən ibarət komandası ilk yoxlama oyununu keçirib.
 
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Hüseynqulu Quliyevin komandası Albaniyanın “Partizani” klubu ilə qarşılaşıb.

Görüş albanların 6:2 hesablı qələbəsi ilə başa çatıb.
 
Türkiyədəki təlim-məşq toplanışına yanvarın 14-də start verən əvəzedicilər daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.
 
Xatırladaq ki, bir neçə gün öncə "Qəbələ"nin əsas komandası da "Partizani" ilə oyunda qüvvəsini sınamış, 1:2 hesabıyla uduzmuşdu.
 
Yoxlama oyunu

16 yanvar

Qəbələ (əvəzedicilər) - Partizani (Albaniya) 2:6
Qollar: Rövlan Muradov, 25. Nurlan Quliyev, 39 - Qezim Krasniqi, 2. Mentor Mazrekay, 5; 22. Sodiq Atanda, 28. Realdo Fili, 41. Ardit Yaupay, 88.

 





17.01.2017    çap et  çap et