525.Az

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin 23 milyon manatlıq borcu silindi


 

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin 23 milyon manatlıq borcu silindi<b style="color:red"></b> Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.
 
"APA-Economics" xəbər verir ki, siyahıda Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİSGOC) və Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin (BCOOC) adlarına rast gəlmək olar. Açıqlanan məlumatlara əsasən, AİSGOC-un 22 mln. 676 min 116,1 manat, BCOOC-un isə 845 manat məbləğində borcu silinib.
 
Qeyd edək ki, BCOOC ötən ilin sentyabr ayının 1-14 tarixlərində Baklıda keçirilən Ümumdünya Şahmat Olimpiadası, AİSGOC isə cari ilin may ayının 12-22 tarixlərində Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılıb.
 





17.01.2017    çap et  çap et